Azərbaycandakı uşaq futbol klublarından birində yetkinlik yaşına çatmayanlara enerji içkisi verilir.
Belə ki, Xocalı” futbol klubu "Red Bull"u 6-12 yaşlı futbolçuların qida rasionuna əlavə edib. Hətta bununla bağlı klubun rəsmi səhifəsində foto paylaşılaraq "Xocalı Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!" sözləri yazılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, "Redd Bull" şirkəti klubun sponsorudur. Bu hal klubda ilk dəfə baş vermir.
Qeyd edək ki, 2019-cu ildə yaradılan “Xocalı” futbol klubunda 6-12 yaşlarında uşaqlar məşq edir.
Xatırladaq ki, Azərbaycanda “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minib. Həmin gündən 18 yaşına çatmamış şəxslərə enerji içkilərinin satılması qadağan edilib.
Aygün İlqarqızı










































.jpg)












