Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Anti-dopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçilib.
Səsvermə nəticəsində ikiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri, sərbəst güləş üzrə 3 dəfə dünya çempionu Hacı Əliyev sədr müavini seçilib.
İ.Zəkiyev yeni vəzifəsi və işi ilə bağlı Unikal.org-a danışıb: "Bu, AMADA-nın təşəbbüsü idi. İdmançılar arasından sədr və müavin seçilməli idi. Biz dopinqsiz, qadağan olunmuş dərman preparatları olmayan idmanı təbliğ edəcəyik. İdmançılarla söhbətlər aparılacaq".
Azərbaycan Paralimpiya Komitəsində də vitse-prezident kimi fəaliyyət göstərən cüdoçu yeni vəzifəsinin onun idmançı kimi karyerasına heç bir təsiri olmayacağını vurğulayıb: "İnşallah növbəti dəfə Paralimpiya Oyunlarında çıxış edəcəyəm.
Bu işlərin mənim güləşməyimə hər-hansı bir təsiri yoxdur. Çünki iclaslar ildə 4 dəfə olacaq və həmin iclasların da bizim məşq və yarış vaxtımıza təsadüf etməməsi üçün çalışılacaq. İnanıram ki, hər birinə çatdıra biləcəyik".
Aygün İlqarqızı








.jpeg)
.jpg)












.jpg)












.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)


