Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Rumıniya çempionatında 2019/20 mövsümünün bərpa tarixi müəyyənləşib.
Unikal.org xəbər verir ki, sözügedən çempionat iyunun 12-də qaldığı yerdən davam etdiriləcək.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Qalan bütün oyunların azarkeşsiz keçirilməsi planlaşdırılır. Bərpadan sonra baş tutacaq oyunlardan 2-3 gün əvvəl isə bütün futbolçulardan koronavirus testi götürüləcək.
Xatırladaq ki, əksər Avropa ölkələrində olduğu kimi, Rumıniyada da futbol oyunları martın əvvəlindən bəri dayandırılmışdı.



.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)



