Türkiyənin “Qalatasaray” klubunun bir üzvündə koronavirus aşkarlanıb.
Unikal.org xəbər verir ki, bütün heyət üzvlərindən və işçilərdən götürülən testlər nəticəsində klubun bir əməkdaşında koronavirus aşkarlanıb. Bu barədə “sarı-qırmızılar”ın rəsmi saytı məlumat yayıb.
Koronavirus testi müsbət çıxan şəxsin adı açıqlanmayıb və karantinə alınıb. “Qalatasaray” klubunun məşqləri 6 günlük dayandırılıb.
Bundan əvvəl “Fənərbaxça” və “Beşiktaş” klublarının üzvlərində də koronavirus aşkarlanmışdı.
“Qalatasaray”da daha əvvəl Fatih Terim koronavirusa yoluxmuş, daha sonra isə sağalmışdı.



.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)



