Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse prezidenti Elxan Məmmədov bugünlərdə Almaniyada təsis edilmiş "AZE NAKHCHIVAN-KÖLN SK" futbol klubunun fəaliyyətə başlaması münasibəti ilə klub prezidenti Aydın Karacaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Hörmətli Aydın Karaca, "AZE NAKHCHIVAN-KÖLN SK" futbol klubunun rəsmi fəaliyyətə başlaması münasibət ilə sizi və kollektivinizi təbrik edirəm. Klubun gələcək fəaliyyətində uğurlar və bol qələbə sevinci arzu edirəm". Qeyd edək ki, "AZE NAKHCHIVAN-KÖLN SK" futbol klubu 2017-ci ildə təsis edilsə də klub 2019-cu il noyabrın 5-də qeydiyyata alınıb. 2020-ci il fevralın 9-da isə klub rəsmi fəaliyyətə başladığını elan edib. Klubun idarə heyətini alman futbol mütəxxəsisləri ilə yanaşı, Almaniyada yaşayan türkiyəlilər və digər xalqların nümayəndələri təşkil edirlər.



.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)



