İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatı davam edir. Çempionatda Azərbaycan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev bürünc medal uğrunda görüşə çıxıb.
Unikal.org-un məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvanın rəqibi gürcüstanlı Elizbar Odikadze olub. İlk hissədə 0:1 hesabı ilə geri düşən Hacıyev ikinci yarıda da dönüş yarada bilməyib. O, yekunda 2:3 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənməli olub.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 3 medalla başa vurublar. Daha əvvəl Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (61 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala yiyələnib.



.jpg)





.jpg)

.jpg)

.jpg)

.jpg)









.jpeg)
.jpg)
























.png)
.jpeg)



