Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyununa çıxan “Səbail” evdə məğlub olub.
Unikal.org xəbər verir ki, Topaz Premyer Liqasının bürünc mükafatçısı “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gəlib. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi ilə bacarmayıb.
Oyun qonaqların üstünlüyü ilə start götürüb. Bu səbəbdən ilk qol da Krayova təmsilçisindən gəlib. Matçın 13-cü dəqiqəsində Aleksandru Mateyu stadiona toplaşan azarkeşləri məyus edib. Ardınca Ağabala Ramazanov komandamızı ümidləndirib - 1:1.
Lakin ikinci hissə "Səbail" üçün uğursuz alınıb. Paytaxt klubu Nikuşor Banku və Mixay Romanın qollarına mane ola bilməyib - 1:3. Görüşdə son nöqtəni isə Ağabala Ramazanov qoyub. O, özünün və komandamızın ikinci qolunu vursa da, meydanı “Universitatya Krayova” qələbə ilə tərk edib - 3:2.
Bununla da, "Səbail" işini çətinə salıb. Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.
“Səbail” ev oyununda məğlub oldu
22:10 11-07-2019
İDMAN
Digər Xəbərlər
2026-05-05 00:59:45
2026-05-04 22:44:23
2026-05-04 21:53:13
2026-05-04 20:30:03
2026-05-04 20:11:06
2026-05-04 18:38:36
2026-05-04 17:10:38
2026-05-04 15:39:22
2026-05-04 14:11:13
2026-05-04 10:54:13
2026-05-04 09:49:48
2026-05-04 09:11:27
2026-05-04 09:02:28
2026-05-04 00:59:18
2026-05-03 20:45:57
2026-05-03 18:16:12
2026-05-03 15:03:13
2026-05-03 14:10:21
2026-05-03 13:54:54
2026-05-03 13:26:50
