Qəbələ rayonunda 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, ötən gecə saat 23:30 radələrində Qəbələ şəhərinin mərkəzində "MerÑedes markalı minik və "İveco markalı yük avtomobili toqquşub.
Hadisə zamanı minik avtomobilində olan 6 nəfər-Göyçay rayon sakinləri, 1987-ci il təvəllüdlü İsmayılov Elşən Elmdar oğlu, 1990-cı il təvəllüdlü Bəkirov Elçin Mahir oğlu, 1991-ci il təvəllüdlü Mərdanov Kənan Arif oğlu, 1993-cü il təvəllüdlü Babayev Səlim Soltan oğlu, 1991-ci il təvəllüdlü Babayev Fuad Soltan oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Namiq Bəhruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların Göyçaydan Qəbələyə istirahətə getdiyi bildirilir.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
























.jpg)















.jpeg)

.jpeg)















