Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbıər verir ki,  "VAZ-21099" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.