"Nvidia" şirkətinin təsisçisi Censen Huanq şirkətin Kaliforniyadakı qərargahına qayıdıb və baş direktor vəzifəsinə bərpa edilib. Bunun fonunda o, işə qayıtdığı ilk gün haqqında zarafat edib.
"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.
"İşdə ilk günümdür. Kompüterim yoxdur, ona görə də İT şöbəsi mənə yenisini verəcək", - deyə qəzet Huanqın sözlərindən sitat gətirib.
Daha sonra "Nvidia" rəhbəri həmkarlarından üzr istəyib və ona ikinci şans verdikləri üçün onlara təşəkkür edib.














































.jpg)







