“Bavariya”nın futbolçusu Camal Musiala məşq zamanı yenidən huşunu itirib.
"Unikal" xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bu, almaniyalı yarımmüdafiəçinin 2026-cı ilin avqustundan bəri üçüncü belə hadisəsidir. O, əvvəlki iki halda da oyunlar zamanı huşunu itirib. Hər iki epizodda tibbi heyət futbolçuya müdaxilə edib, daha sonra isə o, əvəzlənib.
Məlumata görə, 23 yaşlı futbolçuya müalicəsi mümkün olmayan nevroloji xəstəlik diaqnozu qoyulub.
Daha əvvəl “Bavariya”nın Musialanın əvvəlki oyun səviyyəsinə qayıdacağına əmin olmadığı və yarımmüdafiəçini satmağı nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Musiala 2021-ci ildən Münhen klubunda çıxış edir və bu müddətdə 6 dəfə Almaniya çempionu olub.





.webp)





















.jpg)




.jpg)
.jpg)





.jpeg)



.jpg)

.jpeg)




.jpg)





