Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etdiyi Çinə işgüzar səfərini başa vurub.

"Unikal" xəbər verir ki, Rusiya liderinin təyyarəsi Şençjen hava limanından yola düşüb.

Putini fəxri qarovul müşayiət edib. 

Rusiya lideri Çindən Tacikistana yola düşüb və orada Prezident Emoməli Rəhmonla danışıqlar planlaşdırılıb.

Putinin sözlərinə görə, tərəflər Əfqanıstandakı vəziyyət də daxil olmaqla təhlükəsizlik məsələlərini, eləcə də Rusiya-Tacikistan birgə layihələrinin perspektivlərini müzakirə etmək niyyətindədirlər.