Belqraddakı ticarət mərkəzində eskalatordan yıxılan on nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Galereya ticarət mərkəzində baş verib. 8 və 9 yaşlı beş oğlan və beş qız yıxılma nəticəsində xəsarət alıb. Onlar təcili yardım şöbəsinə aparılıblar.

Ticarət mərkəzlərinin nümayəndələri təcili yardım xidmətlərinin zərərçəkənlərə tez bir zamanda kömək etdiyini bildiriblər. Polis hazırda hadisənin səbəblərini araşdırır.