Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib.

"Unikal" xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub.

Dövlətimizin başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.

*** 19:33

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına yekun vurulub.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər.

Mundialın əsas finalında Çexiya və İspaniya yığmaları qarşılaşıblar. Bakı Kristal Zalında təşkil olunan matç ispanların 3:0 hesablı qələbəsi ilə bitib.

Bununla da İspaniyanın U-15 yığması tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalının qalibi olub.

Qeyd edək ki, dünya çempionatı FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.