Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb.
1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarəetməni itirərək "Toyota" markalı avtomobili Səmədabad kəndi ərazisində aşırıb. Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər.
Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
*** 14:34
Biləsuvar rayonunda iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Biləsuvar–Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.

























.jpeg)













.jpg)















