Bazar günü Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi məlumat yayıb. 

Səudiyyə Ərəbistanı hakimiyyəti ölən şəxsin Pakistan vətəndaşı olduğunu müəyyən edib.

Yaralılardan 11-nin vəziyyəti barədə məlumat verilməyib.

Departament bildirib ki, zərbə iki sərnişin terminalına dəyib və yanğın baş verib.