Elektrik raket mühərriki istehsalçısı və Rusiya Elmlər Akademiyasının akademiki Qarri Popov 91 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə "Roskosmos" məlumat yayıb.
O, 1959-cu ildə Moskva Aviasiya İnstitutunu bitirib, köməkçi vəzifəsindən professor vəzifəsinə yüksəlib və 1987-ci ildə Tətbiqi Mexanika və Elektrodinamika Tədqiqat İnstitutunu quraraq ona rəhbərlik edib.
Onun rəhbərliyi altında Mir kosmik stansiyasında və Beynəlxalq Kosmik Stansiyasında istifadə edilən texnologiyalar da daxil olmaqla, kosmik gəmilər üçün texnologiyalar hazırlanıb.









.jpeg)









































