İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NSYM) çıxması ilə bağlı müzakirələr ciddidir.

"Unikal" xəbər verir ki, bunu IRNA agentliyinə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqai bildirib.

Onun sözlərinə görə, müqavilənin tərəfi olan və öhdəliklərini tam yerinə yetirən İran hazırda hücuma məruz qalıb.

Baqai əlavə edib ki, İran hələlik NSYM-in tərəfi olaraq qalır və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı səlahiyyətli orqanların qərarlarına əməl edəcək.