ABŞ oktyabr ayının sonunda Rusiya ilə Ukrayna arasında yeni texniki səviyyəli danışıqların keçirilməsini təklif edib.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, görüş BƏƏ-də və ya Vaşinqtonun təklif etdiyi başqa bir ölkədə baş tuta bilər. Ukrayna bu formatla razılaşır və Moskvanın cavabını gözləyir.