"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün 25 minə yaxın bilet satılıb.

"Unikal" xəbər verir ki,  İstanbul komandası Bakıya bu gün, saat 17:30-da gələcək.

Qeyd edək ki, "Turan Tovuz" - "Fənərbağça" oyunu oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Görüşü azərbaycanlı hakim Rəvan Həmzəzadə idarə edəcək.