Yaponiyada 2025-ci ildə qeydə alınan intiharların sayı rekord həddə çatıb. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara keçirdiyi mətbuat konfransında  açıqlama verib.  

Məlumata görə, 2025-ci ildə ölkədə 19.188 intihar hadisəsi qeydə alınıb - 1980-ci ildə statistika aparılmağa başlandıqdan bəri ilk dəfə bu rəqəm 20.000-dən aşağı düşüb. Bundan əlavə, yetkinlik yaşına çatmayanlar arasında intiharların sayı ardıcıl ikinci ildir ki, artaraq 1082-yə çatıb. 2025-ci ildə ibtidai, orta və lisey şagirdləri arasında 538 intihar hadisəsi qeydə alınıb ki, bu da yeni rekord göstəricidir.

Kihara bildirib ki, ölkə hakimiyyəti psixi sağlamlıq, sosial müdafiə və məşğulluq yardımını birləşdirərək məsləhət və hərtərəfli dəstək sistemini genişləndirməyə davam edir. O izah edib ki, "Uşaqlar və gənclər arasında intiharın qarşısının alınması baxımından, biz sosial media və ehtiyacı olan uşaqların və gənclərin erkən müəyyən edilməsinə yönəlmiş proaktiv dəstək vasitəsilə məsləhət xidmətlərini genişləndiririk".

Gülayə Mecid