2026-cı ilin sonuna Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756 milyon manat və yaxud 2 % çoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.
Sənədə əsasən, büdcə gəlirlərinin 43,4 %-i və yaxud 17 milyard 85 milyon manatı neft-qaz sektorunun, 56,6 %-i və yaxud 22 milyard 280 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650 milyon manat və yaxud 4 %, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106 milyon manat və yaxud 0,5 % artıq icra gözlənilir.
Büdcənin gözlənilən gəlirlərinin 17 milyard 760 milyon manatı və yaxud 45,1 %-i vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 762 milyon manatı və yaxud 17,2 %-i gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12 milyard 835 milyon manatı və yaxud 32,6 %-i Dövlət Neft Fondundan transfertin, 1 milyard 21,0 milyon manatı və yaxud 2,6 %-i büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987 milyon manatı və yaxud 2,5 %-i sair gəlirlərin payına düşür. Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 17 milyard 760 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850 milyon manat və yaxud 5 % çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 250 milyon manatı və yaxud 23,9 %-i neft-qaz sektorunun, 13 milyard 510 milyon manatı və yaxud 76,1 %-i isə qeyri-neft-qaz sektorunun payına düşəcək.





.webp)








































.jpeg)










