Beyləqanda kanalda batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Unikal" report-a istinadən xəbər verir ki, Qarabağ kanalında batan 19 yaşlı Rəvanə Rəşad qızı Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə km aralıda, rayonun Kürdlər kəndi ərazisində tapılıb.

Onun hansı şəraitdə suya düşməsi məlum deyil.

XXX

11:12

Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.