“Dünən 85 saylı avtobusda bax, düz bu sınan şüşənin altında mən əyləşmişdim. 67 saylı avtobusun qabağında saxlayıb camaatı düşürən avtobus yenə də sərnişinlərin həyatını təhlükəyə atdı”.
"Unikal" xəbər verir ki, bu barədə Əməkdar artist Elman Rəfiyev sosial şəbəkə hesabında paylaşım edib.
“Bu yaxınlarda dayanacaqdan bir az aralı saxlayan avtobusdan düşən yaşlı xanım dayanacağa sürətlə girən avtobusun altında qalaraq həyatını itirmişdi. Eyni hal burada da idi. İki avtobusdan birinin digərini gözləmədən irəli sürməsi onun güzgüsünün mənim oturduğum avtobusun arxa yan şüşəsinə sıxılmasına səbəb oldu. Şüşə çilik-çilik oldu, mənim və yanımda oturanların başına və üstünə töküldü. Yaxşı ki, başımda şlyapa var idi. Yoxsa daha pis nəticə ola bilərdi. Bu sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi haradan tapır? Niyə sərnişinlərin həyatını təhlükəyə atırlar? Bu hala görə zərər çəkənlərə təzminat ödənilməlidir”.































.jpg)















