Argentina millisinin hücumçusu Lionel Messi ilk dəfə argentinalı jurnalist Sofi Martinez ilə münasibətləri ilə bağlı şayiələri açıq şəkildə şərh edib.

"Unikal" xəbər verir ki, Messi şayiələrə zarafatla cavab verib. 

"Sənə baxanda insanlar "niyə?" soruşurlar. Salamlaşanda da insanlar "niyə" soruşurlar", - deyə Messi zarafat edib. Martinez isə xəbərlərin yalan olduğunu deyib. 

Jurnalist həmçinin futbolçunun həyat yoldaşı Antonelanın onunla şəxsi əlaqə saxladığını və mətbuatda və sosial mediada yayılan şayiələrə məhəl qoymamasını istədiyini bildirib. Messinin Martinezlə xüsusi münasibətləri ilə bağlı şayiələr 2022-ci il Dünya Kubokunun yarımfinalında Xorvatiyaya qarşı keçirilən görüşdən sonra ortaya çıxıb. Martinez özü 2025-ci ilin yanvar ayında bu şayiələri təkzib edərək, bu cür müzakirələrin ailəsinə zərər verdiyini bildirib.