"İsrail məğlub olmayacaq və rəqiblərinin bu ölkənin gücü ilə bağlı bütün illüziyaları dağılacaq".

"Unikal" xəbər verir ki, bunu İsrail ordusunun ərəbdilli sözçüsü Aviçay Adraei deyib. 

O, Livan Hizbullahının baş katibi Naim Qasemin İsrailin meydandakı acizliyi ilə bağlı açıqlamalarına cavab olaraq müraciətində deyib: "Siz İsrailin hərbi, kəşfiyyat və texnoloji imkanlarından xəbərdar idiniz, lakin özünüzü İslam Respublikasının əmrləri ilə bu uçuruma atdınız. "Boş ev" illüziyası məhv edilib və İsrail bu illüziyaları məhv etməyə davam edir".

Ağarza Elçinoğlu