"Biz İrana 10 sent belə sərmayə qoymayacağıq".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən G7 sammiti çərçivəsində Misir prezidenti ilə görüşündə deyib.
O, Hörmüz boğazının qismən yenidən açıldığını deyib: "Hörmüz boğazı qismən açılıb və növbəti iki gün ərzində tam şəkildə açılacaq.
İranla razılaşma bir çox səbəbə görə yaxşıdır, o cümlədən ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün.
İranla razılaşmanın nəticələrindən biri bazar indekslərinin artması və yanacaq qiymətlərinin azalması oldu. İranla razılaşma elan edildikdən dərhal sonra neft qiymətləri düşdü. Bu anlaşma memorandumunda İrana heç bir pul ödəyəcəyimiz bildirilmir, lakin heç bir tərəfin oraya investisiya qoymasına mane ola bilmərik.
İrana qarşı sanksiyalar təsirli olub və əgər iranlılar düzgün davranmasalar, onları yenidən bombalamağa davam edəcəyik. İranlılar Obamanı aldadaraq milyardlarla dollar qazandılar".
Ağarza Elçinoğlu























.png)

.png)










.png)







