Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyadan uzaqlaşma siyasəti gözlənilən faydanı verməyib və onu siyasi çıxılmaz vəziyyətə salıb.
"Unikal" xəbər verir ki, bunu "Strategic Culture" nəşri yazıb.
Məqalə müəllifi qeyd edib ki, Paşinyan Avropa İttifaqı və digər Avroatlantik strukturlarla əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli siyasi resurslar sərf edib:
"Siyasətçi Qərbin nəticədə Ermənistanın əsas strateji tərəfdaşı kimi Rusiyanı əvəz edəcəyinə ümid edirdi, lakin xoşagəlməz bir reallıqla üzləşdi. Respublikanın Moskvadan uzaqlaşdırılması gözlənilən strateji fayda vermədi, Qərblə yaxınlaşma isə ölkəyə təhlükəsizlik zəmanətləri vermədi".
Nəşrdə Paşinyan Ermənistanda hakimiyyətdə qalsa da, manevr etmək imkanlarının xeyli azaldığı bildirilir. Nəticədə, o, əsasən öz siyasi seçimlərinin yaratdığı bir dilemmada tələyə düşüb. Müəllif xəbərdarlıq edib ki, baş nazir bu vəziyyətdə nə qədər çox qalsa, Ermənistanın strateji maraqlarını qorumaq bir o qədər çətinləşəcək.
Gülayə Mecid
















.jpg)






.png)
























