Türkiyəli aktyor Şerif Erolun yeni layihəsi bəlli olub.

"Unikal" xəbər verir ki, aktyor "İstanbul hatırası" serialına çəkiləcək. O, layihədə 4-cü bölümdən etibarən təriqət şeyxi obrazını canlandıracaq.

Qeyd edək ki, Şerif son olaraq "Kıskanmak" serialında çəkilib.