ABŞ-nin Kolorado ştatında təbiət hadisəsi zəncirvari qəzaya səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bölgəni təsir edən qum fırtınası yolda görünüş məsafəsini sıfıra endirib. Bu, yük maşınları, mikroavtobuslar və minik avtomobilləri də daxil olmaqla 30-dan çox nəqliyyat vasitəsinin toqquşmasına səbəb olub.
Zəncirvari toqquşma nəticəsində bəzi nəqliyyat vasitələri yoldan çıxıb. Məlumatdan sonra hadisə yerinə çoxsaylı polis və tibb qrupları göndərilib. Qəza 4 nəfərin ölümünə, 29 insanın yaralanmasına səbəb olub.
Gülayə Mecid
