"Nyukasl" "Qarabağ" komandasını yaxşı təhlil edib.

"Unikal" xəbər verir ki, bunu "Nyukasl" klubunun baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Zədəli futbolçularımız sıraya qayıtmaqdadırlar. Bakıya yüksək əhval ruhiyyə ilə gəlmişik. "Qarabağ"ı yaxşı təhlil etmişik. Oların "Liverpul" və "Çelsi komandalarına qarşı görüşlərini izləmişik. Son oyunlardakı yüksək nəticələrimizin davamını Bakıda davam etdirmək istəyirik".

Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.