Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

"Unikal" xəbər verir ki, 2025-2026-cı il tədris ilinin Azərbaycan bölməsi üzrə ölkə birinciləri Elvina Əliyeva (91 bal) və Zahid Abdullayev olublar (91 bal).

Elvina Əliyeva BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının, Zahid Abdullayev Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbələridir. 

Elvina Əliyeva BANM-ə 689,6 bal toplayaraq qəbul olub, Prezident təqaüdünə layiq görülüb, Zahid Abdullayev isə 671,2 balla BANM-ə daxil olub.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.