06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilova 16.02.2026-ci il tarixdə ambulator müalicə üçün evə buraxılıb.
"Unikal" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.
Xatırladaq ki, Ş.Kamilovaya boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı icra edilib. Əvvəl Reanimasiya, daha sonra Neyrocərrahiyyə şöbəsində stasionar müalicə alıb.
