UEFA Çempionlar Liqasının pley-off mərhələsinə bu gün start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.

Türkiyə təmsilçisi "Qalatasaray" İtaliyanın "Yuventus" klubunu qəbul edəcək. Qarşılaşma saat 21:45-də start götürəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 fevral

21:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya)

00:00. "Benfika" (Portuqaliya) - "Real" (İspaniya)

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)

00:00. "Monako" (Fransa) - PSJ (Fransa)

Qeyd edək ki, pley-off mərhələsinin digər oyunları növbəti gün baş tutacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.