“Pakistanın Kəraçi şəhərindəki ticarət mərkəzində baş verən faciəli yanğın nəticəsində günahsız insanların həlak olması və yaralanması ilə nəticələnən hadisədən dərin kədər hissi keçiririk”.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı bəyanatda deyilir.
“Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyir və bu çətin dövrdə Pakistanla həmrəy olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd olunub.
