İspaniyanın cənubundakı qatar qəzasını araşdıran müstəntiqlər relsdə çat aşkar ediblər.

"Unikal" xəbər verir ki, İspaniya nəqliyyat naziri Oskar Puentenin sözlərinə görə, Qatar qəzası ilə bağlı istintaq davam edir.

Bu arada İspaniyanın Baş naziri Pedro Sançes üç günlük matəm elan edib.

Qeyd edək ki, İspaniyanın Adamus şəhərində Malaqadan Madridə gedən 300 sərnişin daşıyan İryo qatarının bir neçə vaqonu relsdən çıxaraq Alvia qatarı ilə toqquşub. Otuz doqquz nəfər həlak olub.

*** 10:41

İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb.

"Unikal" xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.

Qatarda ümumillikdə 317 sərnişin olub.

***09:04

İspaniyanın cənubunda iki sürətli qatar toqquşub. Hadisə nəticəsində ən azı 21 nəfər ölüb.

"Unikal" BBC-yə istinadən xəbər verir ki, qəza İspaniyanın cənubundakı Əndəlüs əyalətində Adamuz şəhəri yaxınlığında qeydə alınıb. 

Bildirilir ki, qatarlar bu yaxınlarda təmir edilmiş dəmir yolu hissəsində relsdən çıxıb.

Ölənlərin dəqiq sayı açıqlanmayıb, lakin İspaniya Nəqliyyat Naziri Oskar Puentenin sözlərinə görə, 30-dan çox insan ağır xəsarətlərlə xəstəxanalardadır. 100-dən çox yaralının olduğu bildirilir. 

Gülayə Mecid