Martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən A. K.-nın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.
Baş Prokurorluqdan Unikal.org-a verilən məlumata görə, araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. K.-ya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.
V. Vəliyev şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şəkir rayonunda keçirdiyi əməliyyat zamanı sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edilmişdi.
13:02
Şəmkirdə vəzifəli şəxsin qanunsuz əməlləri aşkar edilib.
Unikal.org-un məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.
Rayon Prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, V.Vəliyev vəzifə səlahiyyətlərini aşmaqda, tabeçiliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.












.jpeg)
.jpg)












.jpg)












.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



