Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədov iyulun 3-də koronavirusdan dünyasını dəyişən atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra məşqlərə başlayıb.
Unikal.org xəbər verir ki, bu barədə rusiyalı idmançı özünün "Instagram" səhifəsində paylaşım edib.
O fotosunu paylaşaraq "Məşqlər davam edir" yazıb.
Qeyd edək ki, Həbib növbəti döyüşünü oktyabrın 24-də müvəqqəti çempion Castin Geyciyə qarşı keçirəcək.
Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.










.jpeg)
.jpg)












.jpg)












.png)
.jpeg)





.jpg)
.jpg)

.jpg)



.jpg)

