Prezident Donald Tramp Rusiya lideri Vladimir Putinlə şəxsi münasibətlərini "fantastik" adlandırıb.
"Unikal" xəbər verir ki, Tramp Çin lideri Si Cinpinlə də münasibətlərini yaxşı xarakterizə edib.
"Düşünürəm ki, Putinlə fantastik münasibətlərim var. Bu çox yaxşıdır. Prezident Si Cinpinlə fantastik münasibətlərim var. Bu yaxşıdır və ölkəmizi təhlükəsiz saxlayan da budur", - deyə Tramp bildirib.
O, Vladimir Putini "çox yaxşı münasibətləri olan" biri kimi təsvir edib. Lakin Tramp Rusiya prezidentini Amerikanın dostu hesab edib-etməməsi ilə bağlı şərh verməkdən imtina edib.
Ağ Ev sakini həmçinin Ukraynadakı münaqişənin həlli üçün Rusiya ilə yaxşı münasibətlərin vacib olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, "Rusiyaya qarşı yaxşı münasibətdə olduğuna" görə tənqid olunsa da, bu olmadan sülh razılaşması əldə edilə bilməz.



.jpg)


















.webp)























