“Gənclik” metrostansiyasının Atatürk prospektinə çıxışlarının birində asfalt örtüyü dəyişdirilir.

"Unikal" xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə xüsusi texnika ilə bu işlər görülən zaman asfalt qırıntıları metro keçidinə də töküldüyü bildirilir. Bu da sərnişinlərin narahatlığına səbəb olur.

Oradan keçən sakinlərin hazırki vəziyyətdən narazı olduqları qeyd edilir.