Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Abdullayeva İlhamə Sarif qızı Agentliyin Uşaq rifahı və inkişafı şöbəsinə müdir təyin edilib.
"Unikal" xəbər verir ki, İlhamə Abdullayeva müxtəlif dövrlərdə ümumi təhsil müəssisəsində müəllim, direktor müavini vəzifələrində çalışıb. Həmçinin o, Bakı Şəhəri üzrə Təhsil İdarəsində sektor müdiri, müdir müavini, daha sonra isə Elm və Təhsil Nazirliyində şöbə müdirinin müavini vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, İlhamə Abdullayeva 2022-ci ildən bu təyinatadək Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.















































