Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb.
"Unikal" Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhəri M.P. Vaqif küçəsində baş verib.
Belə ki, 2024-cü il təvəllüdlü Ə. M (Ad şərtidir) valideynlərinin nəzarətindən yayınaraq həyətə çıxıb.
Azyaşlı həyətdə ehtiyat su toplamaq üçün nəzərdə tutulan hovuza düşüb və boğularaq ölüb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
















.jpg)































