Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki,  hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ” ilə “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 1 nəfərin öldüyü bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.