Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. 

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb. 

Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

*** 21:33

Bakının Nəsimi rayonunda sərnişin avtobusu yanır. 

"Unikal" xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov görüntülər paylaşıb. 

Qeyd edilib ki, avtobus Bülbül prospekti 35 ünvanında yanır.