Xalq rəssamı Ömər Eldarovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə APA-ya Xalq rəssamının köməkçisi məlumat verib.

Onun sözlərinə görə, isti hava şəraiti Ömər Eldarovun səhhətinə mənfi təsir göstərib.

O, xəstəxanada tibbi müayinədən keçdikdən sonra evə buraxılıb.

*** 21:01

Görkəmli heykəltaraş, Xalq rəssamı Ömər Eldarovun vəziyyəti pisləşib.

"Unikal" "Qafqazinfo"ya istinadla xəbər verir ki, 99 yaşlı akademik Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Ö.Eldarov hazırda orada müalicə alır.