Ermənistanda "Güclü Ermənistan" Partiyasının 2 nəfər deputatlığa namizədi həbs olunub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Ermənistan Respublikası İstintaq Komitəsinin Xüsusi Əhəmiyyətli İşlərin İstintaqı Baş İdarəsi və Seçki Cinayətlərinin İstintaqı Departamentinin çoxsaylı şəxslərin maddi maraqları və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ilə bağlı cinayət işlərinin ibtidai istintaqı zamanı "Güclü Ermənistan"ın 6 deputatlığa namizədinə qarşı Cinayət Məcəlləsinin 46-236-cı maddəsinin 2-ci hissəsi və 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə ictimai cinayət təqibi başlanıb.
İlkin araşdırma zamanı namizədlərdən 2-si müəyyən edilib və barələrində qətimkan tədbiri olaraq həbs qətimkan tədbiri tətbiq edilib.
Cinayət işi üzrə ibtidai istintaq davam edir.
Ağarza Elçinoğlu


































.jpg)



.jpg)


.jpg)















