Ermənistanda keçirilən parlament seçkiləri başa çatıb. Saat 20:00-a olan məlumata görə, seçicilərin 58,97 faizi və ya 1 milyon 476 min 597 nəfəri səsvermədə iştirak edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan məlumat verib.
Onun sözlərinə görə, artıq səslərin sayılması prosesi başlayıb.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda 18 siyasi qüvvənin - 2 blokun və 16 partiyanın iştirak etdiyi parlament seçkiləri keçirildi. Ümumilikdə 2 milyon 485 min 851 vətəndaşın səs vermək hüququ var. Ermənistan Parlamenti proporsional sistemlə, yəni yalnız partiya siyahıları ilə seçilir. Parlamentə daxil olmaq üçün limit partiyalar üçün 4 faiz, partiya blokları üçün isə 8 faiz təşkil edir.
Ermənistan mətbuatının məlumatına görə, 2021-ci ilin iyun ayında keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 49,4 faiz olub.
*** 18:38
Ermənistanda parlament seçkiləri davam edir.
"Unikal" xəbər verir ki, saat 17:00-a olan məlumata görə (səsvermənin başa çatmasına 3 saat qalmış), səsvermə hüququ olan əhalinin 48,9 faizi artıq öz seçimini edib. Yəni 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si artıq səs verib.
Ermənistan MSK-nın məlumatına görə, bu da 5 il bundan əvvəlki seçkidəki seçici fəallığından 11 faiz çoxdur.
*** 13:10
Ermənistanda keçirilən parlament seçkilərində saat 11:00-a olan seçici fəallığı 14,79% təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, İrəvanda 122 856 seçici səs verib.









































.jpg)



.jpg)


.jpg)









