Gürcüstanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünə qarşı təxribat törədilib.

"Unikal" xəbər verir ki, Marneuli rayonunda, Nəriman Nərimanov küçəsi ilə Nizami Gəncəvi küçəsinin kəsişməsində yerləşən büst boya ilə rənglənib.

Bu görüntülər sosial şəbəkədə paylaşılıb.