Çilinin şimalında 6,9 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. 

Qeyd olunur ki, zəlzələ Atakama səhrasında, Kalama şəhərindən təxminən 31 kilometr məsafədə, təxminən 100 kilometr (63 mil) dərinlikdə baş verib. Tələfat və ya dağıntı barədə hələlik məlumat verilməyib.