İspaniyanın Bilbao hava limanında İstanbuldan gələn “Sumud flotiliyası”nın üzvləri ilə polis arasında insident yaşanıb.
"Unikal" xəbər verir ki, fəallar hava limanının gəliş terminalında qrup şəklində foto çəkdirərək çıxış hissəsində sıxlıq yaradıb. Polis ərazidə hərəkəti bərpa etməyə çalışarkən tərəflər arasında gərginlik yaranıb.
Sosial şəbəkələrdə yayılan məlumatlarda altı ispaniyalı fəaldan dördünün saxlanıldığı qeyd olunur.
Xatırladaq ki, mayın 21-də flotiliya iştirakçıları İsrail tərəfindən ölkədən çıxarılaraq müxtəlif ölkələrə deportasiya edilmişdi. Hadisə İsrailin milli təhlükəsizlik naziri Itamar Ben-Gvirin fəallarla bağlı çıxışından sonra beynəlxalq reaksiyalara səbəb olmuşdu.





























.jpg)



























